
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” telekanalına müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistanla danışıqların nə vaxt başlanacağını bilmir, ancaq Türkiyə də həll prosesində iştirak etməlidir.
Əliyevin fikrincə, Fransa, Rusiya və Birləşmiş ştatların başçılıq etdiyi Minsk qrupu qərəzlidir, qlobal güc olan Türkiyə də prosesə cəlb olunmalıdır. Prezident Türkiyənin Liviyada, Suriyada münaqişələrdəki rolunu qeyd edib.
“Türkiyə də Minsk qrupunun üzvüdür, niyə axı həmsədrlərdən biri olmasın? Hətta bir çox Avropa ölkələrinin buna qarşı olmasına baxmayaraq, Türkiyə böyük söz sahibidir və tam müstəqildir”, – Əliyev vurğulayıb.
Azadlıq radiosu