
Psixoloq Vəfa Əkbər
1) Hər kəsi məmnun etməkdən imtina edin.
Nə qədər çalışsaz da hamını, yaxud kimlərisə həmişə razı sala bilməzsiz. Nə qədər versəz də yenə istəyəcəklər. Verməyincə narazı qalacaqlar onsuzda. İnsanlara bacardıqca əlindən gələni elə. Amma bacarmadığını özünə yükləyib stress yaşama. Daha artığını edib çabalama. Daha çox özünü onlara vermə. Edə bildiyini elə. Yox deməyi öyrən.
2) Keçmişdə yaşamağı burax.
Keçmiş keçmişdə qaldı. Sən gələcəyə bax. Keçmişdə etməli və düşünməli olduqlarının sıxıntısını yaşayıb əhvalını pozursan. Eləmə elə. Enerjini itirirsən. Olmaz. Keçmişlə yaşamağa başladıqca xöşbəxtliyini itirirsən. Gələcəyə bax. Önünə bax. Gələcəklə bağlı mübarizə etməli olduğun nə varsa et, ancaq keçmişdəkiləri dəyişməkçün keçmişdə etmək lazım idi. Keçmişi unut.
3) Xoşbəxtliyini başqalarından asılı etməyi tərgit.
Təkbaşına xoşbəxt ola bilməyən başqa birisiylə xoşbəxt ola bilməz. Demə ki, sevgilim, qardaşım, bacım, uşağım, atam-anam, müdirim, dostlarım üzümə xoş baxsa, yanımda olsa, xoş davransa mən də yaxşı olacam. Başqalarından asılı olmağı azalt. Demə ki, filankəsin yaxşı olması ilə mən də yaxşı olacam. Birdən sən istədiyin kimi olmasa necə olacaqsan ? Axı sən başqalarını idarə etmək, istidəyin kimi etmək iqtidarında deyilsən. Sən ancaq öz ixtiyarına sahibsən. Həmçinin, kiçik şeyləri böyütmə. Adamlardan çox da gözləntili olma. Hər kəs sən deyilsən. Hər kəs sənin kimi deyil. Heç sənin kimi etməyə də borcu deyillər.
Kiçik şeylərə taxılıb qalma. Hər kəs sənin kimi olmağa məcbur deyil. Bu kimi şeylərdə ilişib qaldıqca kefin-əhvalın pozulacaq. Xoşbəxtliyin pozulacaq yoxsa insanlardan soyuyarsan. Münasibətlərin də ara yerdə pozular. Ona görə də həyatın içində xətaların, qüsurların, çatışmazlıqların ola biləcəyini qəbul elə. Hər şeyin və hər kəsin mükəmməl olmayacağını bəri başdan anla və qəbul elə. İnsanların xətalarında ilişib qalma yoxsa xoşbəxt ola bilməzsən.
4) Niyə sualı verib özünü bataqlığa salma.
Mən bunu ən yaxşı halda necə həll edə bilərəm deyib işini asanlaşdır. Uğursuz olduğunu düşünmək səni uğursuz edər. Kefini pozma. Uğursuzluqlarını bir təcrübə kimi qəbul elə. Elastik ol. Bir şey alınmırsa taktikanı dəyiş. Çəkici daşa 9 dəfə vurursan bir şey olmur, amma 10-cu vuruşda daş parçalanır. Başına gələn xoşagəlməzliklərdən üzülmə. Sadəcə dərs götür. Fərqində ol.
5) Dəyişikliklərdən qorxmaq.
Dəyişikliklərdən qorxmaqdan imtina elə. Əgər sənə bədbəxtlik gətirən bir həyatın varsa dəyişim səninçün vacibdir, qaçılmazdır. Həyatındakı adam, iş yeri, kollektiv, məkan, adamlar səni bədbəxt edirsə onlardan imtina etməkdən qorxma. Dəyişim yeni bir qapı, yeni bir yol deməkdir. Yeni bir həyat deməkdir əslində. Həyatında sənə mutsuzluq, bədbəxtçilik gətirən, narahatçılıq yaradan mühit, insanlar varsa, orda qalma. Qaç ordan. Sən ağac deyilsən. Çevrəni dəyişdir. Çünki sən xoşbəxtliyə layiqsən. Xöşbəxt ola biləcəyin yerə getməkdən qorxma, xöşməxt olmağınçün dəyişiklikdən qorxma. Vərdişlərindən imtina etməkdən qorxma. Dəyişə də bilərsən. Özünə yeni bir həyat da cıza bilərsən.