
“Müdafiə Xətti” qeyd edir ki, bu gün dövlət başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 şəxs cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 şəxs cəzadan azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, islah işləri cəzasına məhkum edilmiş 12 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, cərimə cəzasına məhkum edilmiş 23 şəxs cəzadan azad edilib.
“Müdafiə Xətti” qeyd edir ki, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan 38 siyasi məhbus azadlığa buraxılıb, 1 siyasi məhbusun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb:
- Elçin İsmayıllı (Jurnalist) 2. Orxan Baxışlı (AXCP) 3. Babəк Həsənov (AXCP) 4. Elvin Allahverdiyev (Gəncə işi üzrə) 5. Vüqar Xudiyev (Gəncə işi üzrə) 6. Anar Əliyev (Nardaran işi üzrə) 7. Sahil Rzayev (Nardaran işi üzrə) 8. Niftəli Vəliyev (Nardaran işi üzrə) 9. Fərhad Balayev (Nardaran işi üzrə) 10. İbrahim Xudaverdiyev (Nardaran işi üzrə) 11. Aqil İsmayılov (Nardaran işi üzrə) 12. Etibar İsmayılov (Nardaran işi üzrə) 13. Abbas Quliyev (Nardaran işi üzrə) 14. Əli Nuriyev (Nardaran işi üzrə) 15. Abbas Tağızadə (Nardaran işi üzrə) 16. Əlibaba Vəliyev (Nardaran işi üzrə) 17. Ramin Yarıyev (Nardaran işi üzrə) 18. Bəhruz Əsgərov (Nardaran işi üzrə) 19. Zaкir Mustafayev (Nardaran işi üzrə) 20. Şamil Abduləliyev (Nardaran işi üzrə) 21. Ağaəli Yəhyayev (Nardaran işi üzrə) 22. Elgün Axundov (Nardaran işi üzrə) 23. Vüsal Alış (Nardaran işi üzrə) 24. Nahid Qəhrəmanov (Nardaran işi üzrə) 25. Əlibəy Şahbazov (Nardaran işi üzrə) 26. Əmirəli Əliyev (Nardaran işi üzrə) 27. Fərhad Muradov (Nardaran işi üzrə) 28. İsa İbrahimov (Nardaran işi üzrə) 29. Elxan İsgəndərov (Nardaran işi üzrə) 30. Cabir Əliyev (Nardaran işi üzrə) 31. Ramil Seyfullayev (Nardaran işi üzrə) 32. Mübariz İbrahimov (Nardaran işi üzrə) 33. Mehman Quliyev (Nardaran işi üzrə) 34. Mehman Məmmədov (Nardaran işi üzrə) 35. Faiq Allahverdiyev (Nardaran işi üzrə) 36. Rufulla Axundzadə (İslam Partiyasının işi üzrə) 37. Məhəmməd İmanlı (AXCP) 38. Emin Saqiyev (siyasi girov) 39. Ülvi Həsənov( Gəncə işi- müddəti azaldılıb).
“Müdafiə Xətti” olaraq azadlığa çıxmış siyasi məhbusları və ailələrini təbrik edir, eyni zamanda, təəssüf hissi ilə bildirirk ki, cəzaçəkmə müəssisələrində siyasi yüklü cinayət təqibi nəticəsində azaadlıqdan məhrum edilmiş 100-dən çox şəxs qalmaqdadır.
“Müdafiə Xətti” olaraq hökumətə çağırış edirik ki, siyasi görüş dairələrinə görə təqibə məruzqalma hallarını aradan qaldırsın, ictimai təhlükəli, təqsirli, cinayət qanunvericiliyi ilə cəza təhdid altına alınmalı olan hər hansı əməl törətməyən, siyasi mövqelərinə görə qurama ittihamlar əsasında azadlıqdan məhrum edilən şəxslərin azadlıqlarını təmin etsin.