Kənd Təsərrüfatı naziri İnam Kərimov Ali Məhkəmənin yeni hakimi olub.
Milli Məclisin bu gün, aprelin 4-də keçirilən iclasında “İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
İ.Kərimov 2018-ci ildə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdi. Bununla belə, o, hüquq ixtisası üzə bakalavr və magistr təhsili alıb.
Ali Məhkəmənin sədri Ramiz Rzayevin də səlahiyyət müddətinin artıq bitdiyi bildirilir.