Ukraynanın ABŞ-dən alacağı 90 milyard dollarlıq silah paketi Kiyevin münaqişə başlayandan bəri Vaşinqtondan aldığı bütün hərbi yardımların dəyərini üstələyir.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Ofisi məlumat yayıb.
Məlumata görə, rəsmi Vaşinqton 2022-ci ilin fevral ayından Ukraynaya 128 milyard dollar yardım ayırıb. Bunun da 70,6 milyard dolları hərbi yardımdır. Həmin vəsait təkcə silahlara deyil, həm də təlim, maddi-texniki təchizat və kəşfiyyata ayrılıb.
Ukrayna münaqişəsi başlayandan bəri ABŞ və Avropa İttifaqı ölkələrinin ümumi hərbi yardımı 140,2 milyard dollar təşkil edir ki, bu da Kiyevin hazırda almaq istədiyi məbləğlə müqayisə oluna bilər. Planlaşdırılan satınalmalar Ukraynaya əhəmiyyətli həcmdə silah əldə etmək imkanı verəcək.












