Ermənistan İrana təminat verdi - YENİLƏNDİ

  • By Günel
  • 19 Avqust 2025 23:24

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və Ermənistan hərtərəfli strateji əməkdaşlıq sazişi üzərində işi tezliklə başa çatdıracaqlar.

Gununsesi.info xəbər verir ki, danışıqlar zamanı tranzit marşrutları məsələləri və Ermənistan və Azərbaycan rəhbərlərinin Vaşinqton görüşü də müzakirə olunub.

A.Əraqçinin sözlərinə görə, Ermənistan tərəfi Tehranın “qırmızı xətləri” ilə tanış olduğuna və onları nəzərə alacağına dair İrana ətraflı izahat və təminat verib.

O cümlədən, Ermənistan tərəfi əmin edib ki, İrana öz ərazisindən gələcək hər hansı təhlükəyə heç vaxt imkan verməyəcək.

***

İranın xarici işlər naziri Abbas Əraqçi ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Görüş zamanı nazirlər iki ölkə arasında tarixi və strateji münasibətlərə toxunaraq, hərtərəfli strateji tərəfdaşlıq sənədinin hazırlanmasının əhəmiyyətini vurğulayıblar. Onlar siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin tərəflər regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi apararaq, nəqliyyat, ticarət və mədəni əlaqələr sahəsində birgə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verdiklərini vurğulayıblar.

Gununsesi.info