Əfqanıstanda qəza: 71 nəfər öldü

  • By Günel
  • 20 Avqust 2025 09:06

Əfqanıstanın Herat əyalətində avtobus motosiklet və yük maşını ilə toqquşub.

Gununsesi.info bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Hadisə nəticəsində 71 nəfər, həyatını itirib, onlardan 17-si uşaqdır.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, avtobusda bir müddət əvvəl İrandan deportasiya edilmiş qaçqınlar olub.

Əyalət polisi qəzaya avtobus sürücüsünün sürət həddini aşması və yol hərəkəti qaydalarını pozması səbəb olduğunu bildirib.

Gununsesi.info