Şəkidə 5 otaqlı ev yandı

  • By Günel
  • 19 Avqust 2025 20:45

Şəki şəhərinin Sarıca kəndində ümumi sahəsi 192 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 142 m² sahədə yanıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info