Rusiya ordusu Ukrayna mövqelərinə hücum edərkən ABŞ bayrağını daşıyır

  • By Admin2
  • 19 Avqust 2025 16:21

Rusiya ordusunun bir neçə gün əvvəl Ukrayna mövqelərinə hücumu zamanı ABŞ bayrağı daşıması Ukraynada reaksiyaya səbəb olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya qüvvələrinin Ukraynadakı hücumları zamanı Amerika bayrağı altında uçan zirehli maşından istifadə etdiyi lentə alınıb. 

Rusiya mətbuatında yayılan görüntülərdə rus əsgərlərinin əsir götürdüyü Amerika istehsalı M113 zirehli transportyorları ilə cəbhə xəttinə girərək həm Rusiya, həm də ABŞ bayraqları açdığı görünür.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak görüntülərə münasibət bildirərək, “Ruslar terror və təcavüz müharibələrində ABŞ simvollarından istifadə edirlər. Bu, maksimum həyasızlıqdır” deyib.

Videonun dəqiq yeri təsdiqlənməsə də, Zaporojya vilayətində çəkildiyi deyilir.

Orxan

Gununsesi.info