Azərbaycan gimnastları Belarusda keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər

  • By Günel
  • 31 Avqust 2025 17:48

Azərbaycan təmsilçiləri Belarusun Moqilyov şəhərində keçirilən idman gimnastikası üzrə açıq kubokda uğurla çıxış ediblər.

Gununsesi.info xəbər verir ki, yarışda ölkəmizi kişilərin mübarizəsində Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva, Nazənin Teymurova, Aytən Məmmədova, Leyla Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə təmsil ediblər.

Albina Əliyeva dayaqlı tullanmada bütün rəqiblərini qabaqlayaraq 13.483 xalla qızıl medala sahib olub.

Rəsul Əhmədzadə 1 gümüş (sərbəst hərəkətlər, 13.050 xal) və 2 bürünc medal (dəstəli at, 13.000 xal; paralel qollar, 12.875 xal) qazanıb.

Dəniz Əliyeva 1 gümüş (dayaqlı tullanmada, 12.733 xal) və 1 bürünc medal (sərbəst hərəkətlər, 11.733 xal) əldə edib.

Leyla Məmmədzadə isə bürünc mükafata layiq görülüb (dayaqlı tullanmada, 12.883 xal).

Gununsesi.info