Dünya çempionatı: Azərbaycanın cüdo millisi Gürcüstanı məğlub edib

  • By Günel
  • 31 Avqust 2025 13:45

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb.

Gununsesi.info xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstan komandası ilə üz-üzə gəlib.

Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.

Bu gün yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışında qüvvəsini sınayacaq.

Gununsesi.info xəbər verir ki, yığma 1/8 finalda Gürcüstan seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışlarda iki bürünc medal qazanıblar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.

Gununsesi.info