İstənilən şəxs miqdarın asılı olmayaraq rüşvət alırsa, bu, artıq məsuliyyət yaradır.
Bəs yaxşı, rüşvət verən adama hansısa cəza nəzərdə tutulurmu?
Bu barədə hüquqşünas Rəşad Səfərov Gununsesi.info-ya danışıb.
O, deyib:
“Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən, rüşvət verməyə görə 5000 manatdan 8000 manatadək cərimə və ya 3 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması, o cümlədən 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Ancaq burada bir hal var. Məsələn, rüşvəti verən şəxs hədə-qorxu ilə vermişdirsə və daha sonra bu barədə könüllü məlumat verirsə, o zaman cinayət məsuliyyətindən azad olunur”.
Orxan













