Cəmiyyət arasında “Böyrəyimi satacam” deyə bir məşhur ifadə var. Hətta bunun qiymətini deyənlər də olur.
Maraqlıdır, bəs insan özünə aid olan böyrəyi sata bilərmi?
Qanun bu barədə nə deyir?
Gununsesi.info bu barədə hüquqşünas Rəşad Səfərova sual ünvanlayıb.
O, bu barədə deyib:
“ “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun 32-ci maddəsinə əsasən, Azərbaycanda donor orqanlarının alqı-satqısı və reklamı qadağandır. Yəni, bu, şəxsdə məsuliyyət yaradır və bu cür satış həyata keçirilə bilməz”.
Orxan













