“Rusiya – xalqı olmayan imperiya anlayışı üzərində qurulmuş torpaqdır” -POLİTOLOQ

Bir çox ekspertlər Rusiyanın mövcudluğu ilə dünyada sülhün bir arada mümkün olmadığını düşünür.

Bəzi mütəxəssislərin fikrincə, bu ölkə islahatlara və dəyişikliklərə meylli deyil, çünki onun siyasi təməli zorakılıq və imperialist iddialar üzərində qurulub.

Tarix boyu baş verənlər də göstərir ki, Rusiya daim genişlənmək, nüfuzunu artırmaq və kimlikləri assimilyasiya etmək strategiyası ilə çıxış edib.

 

Gununsesi.infoya danışan politoloq Əziz Əlibəyli məsələni belə şərh edib:

 

“Gerçək budur: Mən bunu dəfələrlə izah etmişəm. Rusiya — oğurlanmış xalqların və mədəniyyətlərin üzərində qurulmuş sadəcə bir torpaq parçasıdır. Bu, nə etnik, nə də həqiqi bir milli kimlikdir. Torpağa bağlanmış və ideologiyaya çevrilmiş süni bir anlayışdır.”

700 il ərzində bu coğrafiyada yaşayanların bir xalq və ya millət kimi formalaşması gözlənilsə də, tarix tam əksini göstərib:

“Onlar daim torpaq, insan və kimlik oğurlamaqla məşğul olublar. Sovet rejimi dağıldıqdan sonra bir çoxları Rusiyanın yeni bir mərhələyə qədəm qoya biləcəyinə ümid etdilər. Düşündülər ki, bu dəfə fərqli olacaq. Lakin görünən odur ki, nəticə dəyişməyib”.

Politoloq vurğulayıb ki, göründüyü kimi, kim hakimiyyətdə olursa olsun, nəticə dəyişmir:

“Bu ölkənin mövcudluğu yalnız özünü ‘imperiya’ hesab etdiyi əfsanəyə əsaslanır. Onların nə həqiqi kimliyi, nə də oturuşmuş mədəniyyəti var.

Bu dəfəki çöküşdən sonra artıq qəti qərar verilməlidir: Rusiyaya yenidən qurulmaq və yeni şans verilmək dövrü bitməlidir. ‘Bəlkə bu dəfə insanlıq öyrənərlər’ ümidi ilə yatırım etməyin vaxtı keçib. Çünki əsrlərdir dəyişmirlər və indi artıq çox gecdir.

Bu saxta ölkə — yəni xalqı olmayan, amma soyqırımlar törətmək gücündə olan bir torpaq — mövcud olduqca dünyada sülh ola bilməz.

1 Siz Qafqazdan qovuldunuz — bu artıq bir reallıqdır.
2.Ukraynanı işğal etdiniz (halbuki, öz qardaşınızdır), bu isə digər dövlətləri qorxutdu və onlara başqa yol buraxmadı.
3. Sadəcə son 3 ildə NATO-ya üzv olan dövlətlərin sayına baxın”.

 

 

 

Şəbnəm 

Gununsesi.info