Bakıda skuter sürən qadını maşın vurub öldürdü - VİDEO

  • By Günel
  • 30 İyul 2025 23:21

Bu gün saat 19:30 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində 99 RN 005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil skuteri vurub. 

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib.

Skuterin sürücüsü Əhmədova Ülviyyə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.