Beyoğlu bələdiyyəsinin sədri həbs olundu

  • By Günel
  • 19 Avqust 2025 08:25

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi və bəzi Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyərlə bağlı korrupsiyaya işi çərçivəsində saxlanılan Beyoğlu bələdiyyəsinin sədri İnan Güney həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə  “TRT Haber” məlumat verib.

Bildirilib ki, İ. Güneylə bərabər saxlanılanlar arasında daha 17 şübhəli barəsində həbs qərarı verilib.

Gununsesi.info