“Bu məsələsini Putinlə aramızda müzakirə edəcəyik”

  • By Günel
  • 19 Avqust 2025 08:50

“Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ ilə üçtərəfli görüş istəyib”.

Gununsesi.info RKB-ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Kiyev növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək.

“ABŞ Rusiya tərəfi ilə əlaqə saxladı və onlar hansı diplomatik addımların atıla biləcəyini müzakirə etdilər. Rusiya isə əvvəlcə Ukrayna ilə arasında ikitərəfli, sonra üçtərəfli görüş təklif etdi. Bəli, dediyim kimi, biz liderlər səviyyəsində istənilən formata hazırıq. Ona görə də təsdiqlədim və bütün Avropa liderləri məni dəstəklədilər ki, biz ikitərəfli görüşə hazırıq”, – deyə Zelenski bildirib.

O vurğulayıb ki, ərazi məsələsi yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq.

Gununsesi.info