
Vaxtilə erməni əsirliyində olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında düşən mübahisə barışıqla bitib.
Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın yerli bürosuna açıqlama verən K.Əsgərov bildirib ki, atası ilə barışıb.
“Bildiyiniz kimi atam Dilqəm Əsgərovla mənim aramda mübahisə olmuşdu. Mən əsəblərimi cilovlaya bilmədim və atam əleyhinə danışmışdım. Biz artıq barışmışıq. O mənim böyüyümdür. Mən mətbuat vasitəsi ilə atam Dilqəm Əsgərovdan üzr istəyirəm”.