Suqovuşanda yanğın başlayıb

  • By Günel
  • 07 Avqust 2025 23:27

Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb. 

Gununsesi.info xəbər verir ki, meşədə başlayan yanğın mina və partlamamış döyüş sursatları olan ərazilərə yayılıb.

Əraziyə yanğınsöndürən briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Gununsesi.info