Maksim Qalkini maşın vurdu

  • By Günel
  • 07 Avqust 2025 23:14

Rusiyalı komediya aktyoru və aparıcı Maksim Qalkini avtomobil vurub.

 Gununsesi.info Lenta.ru-ya istinadən xəbər verir ki, Qalkin ötən gün Latviyada yol qəzası keçirib.

İlkin məlumata görə, o, velosiped sürərkən “Volkswagen” markalı avtomobil ona çırpılıb.

Komediya ustası əlindən zədə alıb, şüşə qırıqları onun əlini kəsib.

Qeyd olunur ki, sənətçi səhnədəki son konsertində əli sarğı ilə çıxış edib.

Xatırladaq ki, M. Qalkin məşhur müğənni Alla Puqaçova ilə ailəlidir.

Gununsesi.info