Zəngəzur dəhlizindən Tramp marşrutuna

  • By Günel
  • 07 Avqust 2025 23:08

Avqustun 8-də imzalanacaq sülh sazişi Qafqazı “sülhə doğru dönməz yola” çıxaracaq, on illərlə davam edən müharibəyə son qoyacaq. Bunu “Kyiv Post” nəşrinin Vaşinqton müxbiri Aleks (Ələkbər) Raufoğlu ABŞ-nin bir neçə rəsmisinə istinadla yazır.

Sazişin mərkəzində yeni kommersiya və infrastruktur layihəsi dayanır – Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (ingiliscə qısa adı: TRIPP). Bununla da Ermənistanın cənubundan keçməklə Azərbaycanla Naxçıvan eksklavı arasında maneəsiz əlaqə yaranacaq.

Anonimlik şərtiylə danışan ABŞ rəsmiləri deyiblər ki, marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

ABŞ marşrut boyunca qüvvələrini yerləşdirməyəcək, “sərt təhlükəsizlik qarantiyası” da verməyəcək. ABŞ-nin iştirakının tamamilə kommersiya xarakterli olacağı bildirilir. Eyni zamanda marşrutun təhlükəsiz işləməsinin məsuliyyətini götürəcək.

Avqustun 8-də İlham Əliyevlə Nikol Paşinyan Ağ evdə bir sıra sənədlər imzalayacaqlar. Bu sırada birgə bəyannamə var. Bu sənəd sülhə aparan konkret yolu, münasibətlərin tam normallaşmasını rəsmiləşdirəcək.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri aylardır müzakirə olunan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.

Minsk qrupundan çıxmaqla bağlı birgə məktub imzalanacaq, hər iki ölkə rəsmən ATƏT-in Minsk qrupundan çıxacaq.

ABŞ Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda anlaşma memorandumları imzalayacaq.

TRIPP işçi qruplarının sammitdən sonrakı həftə müzakirələrə başlayacağı, Trampın onların işini tamamlaması üçün son tarix qoyacağı bildirilir.

Razılaşmaların uzunmüddətli, azı 50 illik olacağı, amma konkret müddətlə bağlı danışıqların hələ getdiyi vurğulanır.

Gununsesi.info