
Samux sakinini ilan sancıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Köbər kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1990-cu il təvəllüdlü Ş.Qafarova həyatyanı sahəsində işləyərkən onu ilan sancıb.
Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.