Rusiyada deputat həbs edildi - FOTO

  • By Günel
  • 30 İyul 2025 22:47

Rusiyanın Sosnovoborsk şəhər məhkəməsi Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı İvan Apostolevskini ekstremist təşkilatın simvollarını təbliğ etdiyinə görə 7 sutka müddətinə həbs edib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a region məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.

“O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsində (ekstremist təşkilatların atributlarının və ya simvollarının təbliği və ya ictimai nümayiş etdirilməsi) nəzərdə tutulan hüquq pozuntusunu törətməkdə təqsirli bilinib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, deputat ötən gün Moskva vağzalında saxlanılıb.

Rusiyada deputat həbs edildi

Gununsesi.info