Məhkəmə tərəfindən boşanma olmasa, tərəflərdən biri aliment ödəməlidirmi?

  • By Admin2
  • 25 Avqust 2025 11:04

Boşanma zamanı alimentin təyin olunması aydın məsələdir.

Ancaq elə ola bilərmi ki, boşanma olmasın, lakin aliment təyin edilsin.

Bu barədə Gununsesi.info-ya hüquqşünas Rəşad Səfərov danışıb.

O, deyib.

“Bəli, belə bir hal mümkündür. Əgər rəsmi məhkəmə qərarı ilə boşanma baş verməyibsə və nikah hüquqi qüvvədədirsə, alimentin ödənilməsi qanunla birbaşa tələb olunmur. Lakin istisna hallar mümkündür: Əgər tərəflər ayrı yaşayır və birgə uşaqları varsa, valideynlərdən biri digərinə uşağın saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu zaman aliment məhkəmə qərarı əsasında müəyyən oluna bilər, hətta nikah davam etdiyi halda da. Rəsmi boşanma olmadan aliment yalnız uşağın saxlanması üçün məhkəmə qərarı ilə təyin oluna bilər. Yoldaşınıza şəxsi xərclər üçün aliment ödəməyə qanuni öhdəlik yoxdur”.

Orxan

Gununsesi.info