Ağ Ev görüşün saatını açıqladı

  • By Günel
  • 15 Avqust 2025 08:51

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ankoricdə görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu məlumat Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan cədvəlində bildirilir.

Cədvəldə həmçinin göstərilir ki, Bakı vaxtı ilə saat 18:45-də Tramp Ağ Evdən Alyaskaya, Ankoricə yola düşəcək.

Gununsesi.info