İngiltərədə su anbarları sürətlə boşalır

  • By Günel
  • 15 Avqust 2025 08:56

Yağışların tez-tez yağdığı İngiltərədə bu il ciddi quraqlıq böhranı var.

Gununsesi.info xəbər verir ki, ölkənin 5 regionunda rəsmən quraqlıq elan edilib.

Suları hər gün azalan Vudhəd anbarında su demək olar ki, qurtarıb.

Böyük Britaniyanın Ətraf Mühit Agentliyi ölkədə 1976-cı ildən bəri ilin ən quraq ilk altı ayın yaşandığını diqqətə çatdırıb.

Gununsesi.info