Ukrayna lideri Zelenski Tramp və Avropa liderləri ilə söhbətində Donbası “təslim etməkdən” imtina edib.
“Reuters”in məlumatına görə, Alyaskada keçirilən sammitdə Putin Ukraynanın bütün Donbası Rusiyaya verməsində təkid edib. Agentliyin mənbələri Trampın bu tələbi Zelenskiyə çatdırdığını, belə şəraitdə cəbhənin dondurulmasını təklif etdiyini bildirib. Zelenski bu təklifi rədd edib.
Agentlik həmçinin qeyd edir ki, Zelenski Putinlə görüşə hazır olduğunu təsdiqləyib, lakin güclü təhlükəsizlik zəmanəti tələb edib. Avropa liderləri Ukraynanı dəstəkləyib və Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətlərini açıqlayıblar.
Günay
Gununsesi.info













