QHT sədri vəfat etdi

  • By Günel
  • 16 Avqust 2025 23:36

“Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev 63 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib

QHT sədri ürək-damar xəstəliklərindən əziyyət çəkirmiş. O, Bakıda bir neçə xəstəxanada müalicə olunub.

Qeyd edək ki, Tağıyev Hasil Feyruz oğlu 1962-ci ildə İmişli rayonunda anadan olub.

O, əvvəllər Mədəniyyət Nazirliyində işləyib.

Gununsesi.info