Rusiyada zavodda yanğın: 26 nəfər öldü

  • By Günel
  • 20 Avqust 2025 19:29

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı zavodda baş verən fövqəladə hadisə nəticəsində ölənlərin sayı 26-ya çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.

“Avqustun 20-nə olan məlumata görə, Şilovski rayonunda baş vermiş fövqəladə hadisə nəticəsində həlak olanların siyahısında 26 nəfər var”, – məlumatda qeyd edilib.

Gununsesi.info