Yan Kelli: “İttihamlar narahatlıq doğurur, hökumətdən əlavə məlumat gözləyirik…”
“Bu, ciddi ittihamlardır və bütün gürcülər kimi məni də narahat edir” – Amerikanın Gürcüstandakı səfiri Yan Kelli azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi üzrə məsələyə münasibət bildirərkən deyib.
O, hökumətdən daha ətraflı məlumat gözlədiyini bildirib.
“Bu ciddi ittihamlardır və bu bütün gürcülər kimi məni də narahat edir. Biz bu prosesi yaxından izləyir və hökumətdən daha ətraflı məlumat gözləyirik. Biz xəbərdarıq ki, Daxili İşlər Nazirliyi bu iş üzrə vəziyyəti araşdırır. Bu ittihamlar narahatlıq doğurur və bizə daha çox məlumat lazımdır “- deyə səfir vurğulayıb.
azadliq.info
Oxunub: 624