Moskva məhkəməsi tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnıyın Rusiya baş naziri Dmitri Medvedevlə bağlı çəkdiyi ifşaedici filmin silinməsinə qərar verib.
Qərar rusiyalı milyarder Alişer Usmanovun iddiası əsasında çıxarılıb.
Videogörüntülü materialda Medvedevin ölkənin həm daxilində, həm də xaricdə nəhəng torpaq sahələrinə, bahalı yaxtalara, qədimi mülklərə, aqrokomlekslərə, üzümçülük sahələrinə, bağ evlərinə, saysız-hesabsız əmlaka sahib olmasından bəhs edilir.
Araşdırma onu da üzə çıxarıb ki, bütün bu varidat oliqarxlardan alınan rüşvət və dövlət banklarının kreditləri hesabına əldə olunub. Medvedev və adamları qeyri-kommersiya fondlarının əsasında cinayət sxemi qurublar.
Rusiya baş nazirinə rüşvət verənlər arasında Alişer Usmanovun da adı çəkilir.
Filmi “YouTube”da bu günə qədər 26,1 milyon nəfər izləyib. Məhz bu videorolikin nümayişindən sonra bu ilin martında Rusiyada kütləvi etiraz aksiyaları təşkil olunmuş və hökumətdən ifşa olunan korrupsiya faktlarına münasibət bildirmək tələb edilmişdi.
Gültəkin
Oxunub: 392