Moskva vilayət məhkəməsi Rusiya Maliyyə Nazirliyinin müxalifətçi fəal İldar Dadinə 2 milyon rubl ödəməsi ilə bağlı qərar çıxarıb. Buna səbəb müxalifətçi fəalın qanunsuz cinayət təqibinə məruz qalmasıdır.
İldar Dadin fevralin 26-da cəza çəkdiyi Rubtsovskidəki koloniyadan buraxılıb. O, ictimai tədbirlərin keçirilməsi qaydalarının dəfələrlə pozulması maddəsi ilə cəza çəkirdi, lakin Ali Məhkəmə ona bəraət verib.
Aprelin sonunda Dadin qanunsuz cinayət təqibinə görə 5 milyon rubl kompensasiya istəyib.
Fizzə
Oxunub: 362