Amerika əsgərləri 1989-cu ildə Panamaya daxil olandan sonra diktator Manuel Noryeqanı, bilirsiniz, necə ələ keçirib? Musiqi işgəncəsi verməklə. Şübhəsiz, hər kəsin dözümsüz olduğu ən az bir mahnı var. Çoxumuz üçün bu mahnılardan qaçmaq asan işdir. Yaxşı, bəs bu musiqidən qaçmağa gücünüz çatmasa? Biri sizin dözümsüz olduğunuz bu mahnını dayanmadan bir saat, bir gün, bir həftə, hətta daha uzun müddət çalsaydı? Buna “musiqi işgəncəsi” deyilir və bəzilərinə görə işgəncə sayılmasa belə, işə yaradığına kimsənin şübhəsi ola bilməz.
Bazar ertəsi günü həyatını itirən Panamalı diktator Manuel Noryeqa 1989-cu ilin yeni il gecəsində bu işgəncənin ən məşhur qurbanı olmuşdu. Zülmkar general Noryeqa ölkəsində seçkiləri saxtalaşdırmaq və narkotik ticarəti etmək kimi ittihamlarla üzləşmişdi. ABŞ prezidenti Corc Buşun 1989-cu ildə ölkəni işğal etməsindən sonra Noryeqa Vatikanın Panamadakı səfirliyinə sığındı. ABŞ əsgərləri səfirliyi mühasirəyə alsa da, Noryeqa təslim olmadı. O nöqtədə ABŞ ordusu psixoloji döyüş üsullarını istifadə etməyə qərar verdi və səfirliyin xaricinə nəhəng səsgücləndiricilər yerləşdirdi. Səsgücləndiricilərlə rok və metal musiqi melodiyaları ərşə yüksəldi. Ordunun mahnı siyahısı ABŞ-ın Mərkəzi Amerikadakı ordu radiosundan gəlirdi. Seçilən mahnıların adları də diqqət çəkici idi. Səslənən parçaların arasındakı bəzi mahnılar bunlardır: The Clash – I fought The Law, Van Halen – Panama, U2 – All I Want Is You, Bruce Cockburn – If I Had A Rocket Launcher.
Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivi Noryeqanı səfirlikdən çıxarmaq üçün səsləndirilən çahnı siyahısını arxivində saxlayır. Bunun bir qismi da YouTube-da yayınlanıb. Artıq üçüncü günün sonunda Vatikan Corc Buşa şikayət edərək musiqinin dayandırılmasını təmin etdi. Lakin operanı çox sevdiyi deyilən Noryeqa 3 yanvar 1990-cı ildə səfirlikdən çıxaraq təslim oldu. Diktatorun binadan çıxmasını təmin edən şeyin bu musiqilər olub- olmadığı ilə bağlı mübahisələr var, amma ABŞ ordusu bu metoddan başqa yerlərdə də istifadə edib. Metoddan uğurlu nəticələr alınması göstərir ki, Noryeqanın təslim olmasında da həmin musiqi işgəncəsi mühüm rol oynayıb.
azadliq.info
Oxunub: 258