2017-ci ilin yanvar-mart aylarında birbaşa xarici investisiyalar (FDİ) şəklində Gürcüstan 403 milyon dollar qəbul edib, bu, 2016-cı ilin analoji göstəricisindən 3.7 faiz çoxdur. Gürcüstanın “Sakstat” milli statistika orqanının hesabatında bu barədə məlumat verilib.
Statistik məlumatlara əsasən, Gürcüstanın əsas investorları bu ölkələrdir:
- Azərbaycan – 97 milyon dollar
- Türkiyə – 82 mln. dollar
- Böyük Britaniya – 80 mln. dollar
- BƏƏ – 39 mln. dollar
- Kipr – 22 mln. dollar
- Hollandiya – 20 mln. dollar
- ABŞ – 16 mln. dollar
- Malta – 14 mln. dollar
- Panama – 12 mln. dollar
- Digər ölkələr – 22 mln. dollar
Göründüyü kimi 97 milyon dollarlıq sərmaye ilə siyahıya Azərbaycan liderlik edir. Statistika məlumatlarında nəzərə çarpan digər maraqlı hal ondan ibarətdir ki, əsas investorların siyahısında Panama ofşor şirkətləri də yer alır. Bu ofşor şirkətlər Gürcüstandakı biznesdən təkrar investisiya üçün istifadə ediblər. Nəzərə çatdıraq ki, keçən il yayılan “Panama sənədləri”ndə Əliyevlər ailəsinin Panamada ofşor şirkətlərinin olduğu üzə çıxmışdı.
İlkin
Oxunub: 176