Monqolustanda dünәn keçirilәn prezident seçkilәrinin ikinci turunu müxalufәtdәki Demokrat Partiyasının namizәdi, iş adamı vә keçmiş idmançı Khaltmaa Battulga qazanıb.
Monqolustan Seçki Komisiyasının verdiyi açıqlamada Battulganın sәslәrin 50,9 faizini aldığı bildirilib.
Battulga rәsmi nәticәlәr açıqlandıqdan sonra mәtbuat konfransı keçirib. Bildirib ki, “ölkәdә hәr kәsin qazanması üçün xarici sәrmayәçilәri dәstәklәyәcәk. Bu ölkәnin Çin, Rusiya vә ya bir başqası olması önәmli deyil. Texnologiyaya qoyulan sәrmayәni dә artıracağam”.
Azadliq.info
Oxunub: 414