Keçmiş səhiyyə naziri Əli İnsanov 11 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Sabiq nazir Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasından ora iyulun 8-də aparılıb.
Bu haqda “Azadliq.info”ya Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Müdafiəçi iyulun 10-da cəzaçəkmə müəssisəsində sabiq nazirlə görüşüb.
Əli İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. Həmin vaxt o, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunmuşdu. Sonradan vəzifədən sui-istifadə, mənimsəmə kimi ittihamlarla 11 il azadlıqdan məhrum edildi. 2016-cı ilin avqustunda cəzanın bitməsinə 58 gün qalmış ona qarşı yenidən cinayət işi başlanıb. Psixotrop tərkibli dərmanlar saxlama, müəssisədə axtarış aparan ədliyyə mayoru Anar Məmmədova xəsarət yetirmə kimi ittihamlarla aprelin 26-da Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Əli İnsanov haqqındakı cinayət işinin də, ittihamların da saxta olduğunu bildirir. Keçmiş nazir bəyan edib ki, onu hbsdən buraxmamaq üçün şəxsən dövlət başçısı İlham Əliyevin sifarişi ilə belə bir qondarma cinayət işi düzüb-qoşublar.
azadliq.info
Oxunub: 298