Həbsdə olan jurnalist Əfqan Muxtarlının səhhətində problemlər ağırlaşıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkil Ə.Muxtarlı ilə iyulun 10-da Bakı İstintaq Təcridxanasında görüşüb.
Vəkil bildirib ki, Ə.Muxtarlıya yeməyini qızdırıb qəbul etməyə icazə vermirlər, təcridxananın verdiyi qida isə yeyiləsi deyil. Onun mədəsində kəskin ağrılar yaranıb. Həbs olunandan bəri 16 kq arıqlayıb. Səhhətindəki əvvəlki problemlərdə qalmaqdadır.
Oxunub: 160