Rusiya Azərbaycan qarşı diplomatik hücuma keçib. Rəsmi Moskva Azərbaycanı Rusiya vətəndaşı olan erməniləri öz ərazisinə buraxmamaqda ittiham edərək, bunu “diskriminasiya” və “vəhşilik” adlandırır.
Rusiya XİN bununla bağlı ötən gün verdiyi bəyanatı bir az da genişləndirərək və tündləşdirərək rəsmi saytında dərc edib.
Sәnәddә yazılır ki, Azәrbaycanın Rusiya vәtәndaşlarına qarşı etnik sәbәblәrdәn ayrı-seçkilik edir. Bu ilin әvvәlindәn 25 Rusiya vәtәndaşının Azәrbaycana girişi әngәllәnib. Bir qayda olaraq onlar Bakı hava limanında saatlarla saxlanılıb, daha sonra öz hesablarına ölkәdәn xaric ediliblәr. Yemәk, su, tibbi yardım olmadan 4 yaşında uşaqla bir qadını bu vәziyyәtdә saxlayıblar. Buna әsas kimi adın vә ya soyadın ermәni mәnşәli olmasını göstәrib ondan sui-istifadә ediblәr.
“Bütün bunlar vəhşilik kimi görünür, üstəlik, Rusiya vətəndaşlarının hüquqlarının birbaşa pozulmasıdır”, – deyə bəyanatda bildirilir.
Rusiya XİN Azәrbaycanı iki ölkə arasında 1997-ci ilin 3 iyulunda imzalanan dostluq, әmәkdaşlıq vә qarşılıqlı tәhlükәsizlik haqqında müqavilәni, vətəndaşların vizasız səfərləri barədə hökumətlərarası sazişi, dostluq və strateji tərəfdaşlıq haqqında bəyannaməni pozmaqda ittiham olunur. Qeyd edilir ki, bu davranış həmin müqavilə və sazişlərə ziddir.
“Biz dәfәlәrlә XİN-in notaları, o cümlədən Rusiyanın Bakıdakı sәfirliyi vasitəsilə bu praktikanı dayandırmağı, araşdırma aparmağı vә sәlahiyyәtli şәxslәrin Heydәr Әliyev beynәlxalq hava limanındakı davranışlara uyğun qiymәt vermәsini tәlәb etmişik.
Azәrbaycan özünü milli vә dini tolerantlıq, multikulturalizm nümunәsi kimi tәqdim edir vә bu yaxınlarda Azәrbaycan-Ermәnistan cәmiyyәtlәri arasındakı dialoqu inkişaf etdirmәk niyyәtindә olduğunu bәyan edirdi.
Bizim gözlәntilәrimiz qarşılanmadı. Hadisələrin araşdırılması aparılmadı. Azərbaycan Xarici İşlər Nazirliyinin cavab notasında bildirilir ki, “arzuolunmaz hadisələrin qarşısını almaq üçün Azərbaycan şəxslәrlә bağli bir sıra müvafiq tənzimləməlәr tətbiq etmək mәcburiyyetindәdir.” Biz bu cavabı anlaşılmaz və qeyri-qənaətbəxş hesab edirik. Bu, onu gostәrir ki, Azərbaycana gedən Rusiya vətəndaşları, hәlә dә özbaşınalıq qurbanı olmağın riski altındadır.
İki ölkә arasında dostluq münasibәtlәri ilә uzlaşmayan ayrı-seçkiliyә son verilmәsi tәlәbimiz davam edir. Tәbii ki, Rusiya yaranmış vәziyyәtdәn nәticә çıxaracaq”, – deyə sənəddə qeyd olunur.
azadliq.info
Oxunub: 1410