Bakı sakini mərhum oğluna çatası sığorta pulunun verilməsini istəyir
“Azərbaycanda artıq uzun müddətdir üzləşdiyimiz qanunsuzlula bağlı daha kimə müraciət edəcəyimi bilmirəm doğrusu, buna görə də mətbuat vasitəsi ilə sizlərə müraciət etmək qərarına gəldim. Sizlərlə paylaşacağım qanunsuzluqlarla üzləşən oğlum Həsənov Cavid artıq həyatda deyil . O keçən ilin mart ayında xərcəng xəstəliyindən dünyasını dəyişdi. Amma onun indi iki az yaşlı övladı var və mən, arıq yaşalanmış və eyni xəstəlikdən əziyyət çəkən baba kimi onların gələcəyni düşünərək, oğlumun haqqı olan pulun “Buta” söğorta şirkəti təfəfindən onun rəsmi varisi olan xanımına ödənilməsini istəyirəm”.
Bu sözlərlə Bakı şəhər sakini, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi 53, mənil 27 ünvanında yaşayan Həsənov Məhəmməd İsfəndiyar oğlu ölkə başçısına, I vitse-prezidentə, Ombudsmana, Ali Məhkəmənin sədrinə, maliyyə nazirinə və başqa dövlət qurumlarına müraciət edib.
Şikayətçi bir nüsxəsini də redaksiyamıza yolladığı müraciətdə yazır ki, oğlu Həsənov Cavidin idarə etdiyi “Jep Grand Cheroke”markalı, 90 MN 055 dövlət qeydiyyat nişanlı minik avtomobili 10 TH 14 nömrəli maşınla toqquşaraq zədələndikdən sonra “Buta” sığorta, sığortalanmış maşına elə öz mütəxəssisləri tərəfindən müəyyən edilmiş məbləği, 41 800 manat pulu ödəməkdən boyun qaçırır.
“15.06.2015-ci ldə baş verən hadisənin üstündən keçən bu uzun müddət ərzində oğlum dünyasnı dəyişdi, amma onun alacağı pulu varisi olan xanımı ala bilmir. “Buta” sığorta şirkəti indiyə qədər keçirilən 4 məhkəmədə bir dənə də olsun tutarlı fakt ortaya qoya bilməyib, ancaq öz ehtimalları ilə hərəkət edir. Təəccüblü olan da budur ki, son iki məhkəmədə, Ali məhkəmədə Əhməd Əhmədovun hakimlik etdiyi və Səfiyeva Cəmilə xanımın hakimilik etdiyi apelyasiya məhkəməində onlar öz xeyirlərinə qərar çıxarılmasına nail ola biliblər.
Onlar hesab edirlər ki, hadisə olan zaman maşını idarə edən oğlum olmayıb. Amma bunu sübut edən hə hansı bir fakt və ya sənəd yoxdur və hətta keçirlən məhkəmələrdən birində hakim “nəyə əsaslanırsınız?” soruşduqda, “Buta” söğortanın əməkdaşı “ehtimal edirik” deyə cavab verdi. Hakim də məhz bu ehtimala görə bütün məhkəməyə təqdim olunan sənədləri görməzdən gələrək pulu ödəməmək haqqında qətnamə çıxardı”, – deyə şikayətçi yazır.
M.Həsənov ölkə rəhbərliyindən istəyir ki, məsələyə müdaxilə edərək, ölkədə “hansısa ehtimalın qanunlardan və həqiqətdən üstün tutulmasına”imkan verməsin.
Şikayətçi yazır ki, qəza zamanı oğlunun qayını da maşında olub və yaralanıb. Oğlu da yaralını xəstəxanaya çatdırmaqla məşğul olub. Hadisə zamanı avtomobili məhz oğlunun idarə etdiyini təsdiqləyən şahid ifadələri də Elnur adlı müstəntiqin təqdim etdiyi yekun sənəddə əksini tapıb. Sığorta şirkəti isə etiraz edir ki, onlara hadisə baş verən kimi yox, sabahı müraciət olunub.
“Maşında yaralı bir insan olduğu halda, oğlum nə etməli idi? Maşını, yoxsa yaralı insanı düşünməli idi? Oğlum o vaxt maşında ağır vəziyyətdə olan qaynını xəstəxanaya çatdırıb və sığorta haqqında qanunun tələblərinə uyğun olaraq da 24 saat ərzində məlum qəza haqqında “Buta” söğorta şirkətini məlumatlandırıb. Əgər bu qanunsuz idisə, niyə oğlumun maşını uzun müddət sığorta şirkətinin həyətində saxlanılıb və elə adı çəkilən sığorta şirkətinin mütəxəssisləri tərəfindən də dəyən ziyan qiymətləndirilib?!
Oğlum qəzadan sonra tibbi yoxlanışdan da keçib və heç bir spirtli içki qəbul etmədiyi haqqında arayış da var.
Bundan başqa DİN Baş Dövlər Yol Polisi idarəsinin inzibatı xəta haqqında protokolunda məhz maşını oğlumun idarə etməsi və qəza etdiyinə gərə 60 manat cərimə ödəməsini götərən protokol da mövcuddur.
Məncə, şirkətin pulu ödəməkdən boyun qaçırmasının səbəbi məbləğin çox olmasıdır. Bu səbəbdən də problemi öz bildikləri yöntəmlə, Cavidə təklif etdikləri 15 min manatla bitirməyə çalışırdılar”, – deyə şikayətçi ata qeyd edir.
M.Həsənov yazır ki, işə artıq bir dəfə Ali məhkəmdə hakim Əhməd Əhmədovun sərdlik etdiyi məhkəmədə baxılıb və pulun ödənilməməsi haqqında qərar çıxarılıb. Bundan əvvəl Binəqədi rayon məhkəməsində Fərrux Qasımovun sədrlik etdiyi məhkəmə iclasında, daha sonra Fuad Talişinksinin hakim olduğu Apelasiya məhkəməsidə bu işə ədələtli baxılıb ə oğlunun xeyrinə qətnamə çıxarılıb: “Bu qərarlardan sonra sığorta şirkəti oğlum Cavidə 15 min manat pul təklif edib. Oğlum etiraz etdikdə bildiriblər ki, biz belə böyük məbləğləri ödəmirik, adətən elə bu yolla da həll edirik”.
Müraciətdə qeyd olunur ki, Ali Məhkəmənin hakimləri qərar çıxararkən, Maliyyə Nazirliyinin Dövlət sığortaya nəzarəti xidmətinin “Buta” Sığorta şirkətinə zərərin ödənilməsini tələb edən məktubunu da nəzərə almayıblar.
Şikayətçi işə təkrara baxılamsı üşün Ali Məhkəmyə artıq yendən şikayət ərizəsi ilə müraciət olunduğunu qeyd edərək, xahiş edir ki, mərhum oğluna ödəniləsi sığorta pulunun onun övladlarına verilməsi təmin edilsin. “Dediyim kimi, mən də xərçəng xəstəsiyəm və nəvələrimə heç nə vəd edə bilmirəm. Bütün bunları nəzərə alıb, bu işə qanun çərçivəsində baxılmasını təmin etmənizi sizdən xahiş edirəm” – deyə M.Həsənov yazır.
azadliq.info
Oxunub: 190