22-ci Dünya Neft Konfransında “Dewhurst mükafatı” Tillersona tәqdim olunub. Dünyanın әn dәyәrli xalqa açıq olan enerji şirkәti “Exxon Mobile”-nin keçmiş sәdri vә baş direktoru olan Tillersona mükafatı Dünya Neft Konfransı sәdri Jozsef Toth tәqdim edib. Tillerson bu mükafata layiq görülәn 10-cu şәxsdir.
Çıxış edәn Tillerson Türkiyәnin önәmli bir ortaq olduğunu vә enerji sahәsindә dә tam qovşaqda yerlәşdiyini bildirib.
FETÖ-nün hәrbi çevriliş cәhdinә toxunan Tillerson bildirib ki, tәxminәn 1 il әvvәl Türkiyә xalqı, qiyamçılarla qarşı çıxdı vә öz demokratiyalarını qorudu. O, 15 iyul 2016-cı ildә hәyatını itirәnlәrin şәrәf vә cәsarәtlәrini tәqdir etdiyini söyləyib:
“Türkiyә xalqı Konstitusiyalarındakı haqlarından istifadә edәrәk, ölkәlәrini qorudu. Hәyatını itirәnlәri vә yaralananları sayğı ilә anıram”.
Azadliq.info
Oxunub: 264