İlk dәfә 10-13 iyul aralığında Yekaterinburq şәhәrindә keçirilәn beynәlxalq sәnaye sәrgisindә Rusiya istehsalı olan zirehli B10 buldozerinin tәqdimatı keçirilib. Buldozer Çelyobinskdә yerlәşәn traktor zavodunda istehsal edilib. Uralvaqon zavodu bu işin davamı üçün Müdafiә Nazirliyi ilә müqavilә imzalayıb. Buldozerin istehsal xәrci biznes sirri olduğu üçün açıqlanmayıb. Sәrgidә orta şәrq ölkәlәrindәn buldozerә böyük maraq olub. Buldozer dağlıq yerlәrdә dә istifadә üçün yararlıdır. Çәkisi 24,5 ton olan buldozer 190 at gücünә malikdir. Hәrbi ekspert Viltor Murakovski buldozerin Hәlәb şәhәrindә söküntü işlәrindә istifadәyә yaradığını bildirib. Buldozer yüngül vә zәrәrli silahlara qarşı dözümlüdür. Hidromexanik sistema malik buldozer 100 kilometrlik sürәti normal qaydada 13,48 saniyәyә, hidromexanik sistemdә isә ardıcıl olaraq 10,86,10,4 vә 10,2 saniyәyә qәt edir.
azadliq.info
Oxunub: 110