Çernoqoriyadakı çevrilişə Kremldən rəhbərlik ediblər. Bunu 2016-cı ildə Rusiyanın Çernoqoriya hökumətini uğursuz devirmək cəhdinə qiymət verərkən amerikalı senatorlar deyib.
Bu barədə Foreign Policy nəşri yazıb.
“Çernoqoriyada çevriliş Rusiyanın “B” planı idi. Bunu NATO-ya üzv olmağa qarşı digər təbliğatlar uğursuzluğa duçar edəndən sonra etdi”, – deyə yazıda qeyd olunur.
Həmçinin bildirilir ki, Moskva “kölgə müharibəsi” aparır və əsas məqsəd də Qərb dünyasında qeyri-stabillik yaratmaq, Rusiyadan dünya hakimiyyətinin ikinci qütbünü yaratmaqdır.
2017-ci ilin iyunun 5-də NATO-nun 29-u üzvü olub. 2016-cı ilin payızında Çernoqoriya prokurorluğu dövlət çevrilişi və baş nazir Milo Cukanoviçə sui-qəsd cəhdinin qarşısının alındığını açıqladı.
Məlum olmuşdu ki, sui-qəsdçilərin arasında serb millətçilərlə yanaşı Rusiya kəşfiyyatının iki agenti də olub.
Fizzə
Oxunub: 376