2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, vəsaitin 4 milyard 344,0 milyon manatı neft sektoruna, 2 miyard 794,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 70,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
İstifadə olunmuş vəsaitin 78,6 faizi məhsul istehsalı obyektlərinin, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,4 faizi isə ümumi sahəsi 838,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,0 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,3 faiz, bank kreditləri 11,9 faiz, büdcə vəsaitləri 11,4 faiz, əhalinin şəxsi vəsaitləri 4,6 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil etmişdir.
Oxunub: 60