Ermənistan bu tələbi yerinə yetirməyəcəyini bildirib
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hökumətinə rus dilinə dövlət dili statusunu verməyi təklif edib. Bundan sonra Ermənistanın sürücülük vəsiqələri Rusiya ərazisində tanınacaq.
Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Armen Aşotyan bildirib ki, Yerevanın gündəmində rus dilinə dövlət dili statusu vermək məsələsi yoxdur.
Xatırladaq ki, iyunun 21-dən Rusiyada xarici ölkələrin sürücülük vəsiqələri ilə işləməyi qadağan edən qanun qüvvəyə minib. İstisna yalnız dövlət dili rus dili olan ölkələrin (Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Moldova) vətəndaşları üçündür.
Fizzə
Oxunub: 1004