Ukrayna hakimiyyəti sabiq gəlirlər və yığımlar naziri Aleksandr Klimenkonun 12 milyard dollar vəsaitini bloklayıb.
Bunu jurnalistlərə açıqlamasında Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.
“Bu 12 milyard dollar bizim sonrakı prosessual tədbirlərimiz üçün olduqca böyük əhəmiyyətə malikdir”, – deyə nazir bildirib.
Ukrayna hüquq-mühafizə orqanları sabiq nazir və onun ailə üzvlərinə məxsus obyektlərdə 183 axtarış əməliyyat tədbirləri həyata keçirib.
Oxunub: 870