“Tarif Şurasının qərarından aydın olur ki, bu qərarla dəyişən təkcə A-92 benzinin qiyməti deyil”. Iqtisadçı Rövşən Ağayev belə düşünür.
O, deyir ki, Neft Şirkətinin şirkətdaxili topdansatış qiymətindən dövlət büdcəsinə ödədiyi aksizin dərəcəsi 67%-dən 42%-ə endirilib. Nəticədə əgər əvvəl SOCAR hər ton üçün 267.7 manat aksiz ödəyirdisə, indən sonra 260 manat ödəyəcək. Əgər aksiz dərəcəsini endirməsəydilər, SOCAR büdcəyə hər ton üçün 415 manat ödəməli idi.
Onun fikrincə, şirkətdaxili tarif hər ton üçün 411.91 manatdan 619.36 manata yüksəlib.
Topdansatış qiymət hər ton üçün 817 manatdan 1052.8 manata yüksəlib. Yəni hər ton topdansatış qiymətdən 235.8 manat, aksizlərdən isə 7 manat – ümumilikdə 245.8 manat əlavə qazanc əldə edəcək.
Pərakəndə satış isə əvvəl hər tondan 100 manat qazanırdı, indi 126 manat qazanacaq.
Azadliq.info
Oxunub: 922