Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 131,2 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 25,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 18,8% artıb.
Altı ay ərzində fəvvarə armaturunun istehsalı 99,3%, ştanqlı quyu nasoslarının istehsalı 5,8%, minik avtomobillərinin istehsalı 62,5% azalıb, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,7 dəfə, traktorların istehsalı 2 dəfə artıb.
Oxunub: 350