“Rusiya dünya üçün İŞİD-dən daha təhlükəlidir”.
Bunu respublikaçı-senator Con Makkeyn “The Arizona Republic”a müsahibəsində deyib.
“İŞİD kimi terrorçu qruplar hər zaman təhdid yaradırlar və hücumlarını davam etdirəcəklər. Lakin dünyanı idarə etmək hədəfini gerçəkləşdirmək üçün onların hərbi imkanları yoxdur. Rusiyada isə bu imkan var”, – deyə Makkeyn bildirib.
Onun sözlərinə görə, Rusiya Yaxın Şərqdə özünün mövcudluğunu təmin edib və Şərqi Avropa ölkələrinə təzyiqi davam etdirəcək.
Gültəkin
Oxunub: 230