Banklarda problemli kreditlər aydan – aya artır.
İyul ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 810.7 milyon manat təşkil edib. Bu, İyun ayının 1-i ilə müqayisədə 70,9 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 338,1 milyon manat çoxdur.
Bankların 13 milyard 882 milyon manatlıq cəmi kreditlərinin 13%-nin ödəmə vaxtı keçib. Ötən ilin sonunda bu nisbət 9% idi.
Oxunub: 122