Fransa prezidenti Emmanuel Makronun seçki kampaniyası zamanı dilә gәtirdiyi “fransız first lady” vәzifәsinin tәsis edilәcәyini bildirmişdi.
ABŞ prezidentinin xanımına verilәn adın bir oxşarını tәklif edәn Makron hәyat yoldaşı Briggitte üçün bir vәzifә yaradılmasını vә bu postda işlәyәcәk personalların işә qәbul edilmәsini istәmişdi.
Statistik Komitәsinin 2014-cü ildәki rәqәmlәrinә görә prezident xanımının xәrci dövlәtә 450 min avroya başa gәlir.
Parlamentdә Siyasi Әxlaq Qanununun müzakirәsi zamanı Radikal Sol qrupu “heç kim Briggite Makrona sәs vermәyib. Ona görә heç kim pul ödәmәk istәmir. First lady statusu ola bilmәz” deyәrәk qarşı gәlib vә mövcud xәrclәrin dayandırılmasını tәlәb etmişdilәr.
Bundan sonra sәnәtçi Thierry Paul Valetta change.org saytında özünün ilk imzası ilә kampaniya başlatmışdı. 240 mindәn artıq insan petisiyaya imza ataraq etiraz edib. Thierry Paul Valetta ingilis xәbәr agentliyi Roytersә verdiyi müsahibәdә millәt vәkillәri vә senatorların xanımlarına iş vermәlәrinә әngәl olmaq istәyirik, ancaq belә mәqamda Makron hәyat yoldaşı üçün yeni vәzifә tәsis etmәk istәyir. Bu isә bir-biri ilә çox әks mәsәlәlәrdir. Kampaniyaya qoşulanlar Makronun xanımına özәl status vә büdcә verilmәsini rәdd edirlәr. Valetta bildirib ki, lazım olsa bu iş referenduma qәdәr gedәcәk.
Makronun xanımı Brigitte gün әrzindә 200-dәn çox mәktub alıb.
Huffingtin Post qәzetinin may ayındakı anketinә görә 68 % insan “first lady” vәzifәsinin yaradılmasına etiraz edib.
Makronun yoxsullara verilәn ev pulunun ayda 5 avro kәsmәyә hesablanan qanun layihәsi üzәrindә çalışması, әvәzindә xanımına yeni status vә büdcә ayırmağa xәhd etmәsi fransızları qәzәblәndirdi. İnternetdә aparılan kampaniyaya bir neçә gün әrzindә 240 mindәn artıq insan qoşulduğu üçün qısa müddәtdә reytinqdәn düşmә rekordu qıran Makron geri addım atıb.
Yelisey Sarayından verilәn açıqlamada bildirilib ki, “first lady” statusu yaradılmayacaq. Yalnız prezident xanımları haqqında “Şәffaflıq Şәrti” hazırlandığı bildirilib. Qanuni status üçün konstitusiya dәyişikliyinin lazım olduğunu, konstitusiya dәyişikliyi üçün dә parlamentin iki qanadının birdәn Konqresә çağırılmasının çәtinliyinә işarә edәn Yelisey nümayәndәlәri daxili tәmimnamә ilә prezident xanımının rolunun açıq şәkildә açıqlanacağımı bildiriblәr. Makronun komandası yeni yaradılan “Şәffaflıq Şәrti” çәrçivәsindә prezident xanımına neçә nәfәrlik heyәt verilәcәyini vә bütün bunlar üçün nә qәdәr xәrc çәkilәcәyini açıqlayacaqlarını bildiriblәr.
azadliq.info
Oxunub: 546